Start
Fəaliyyətə yeni başlayan və ya ilk saytını açan bizneslər üçün.
299 AZN
- 5 səhifəyə qədər
- Hazır dizayn, sizin rəng və loqonuzla
- Domen və hostinq, 1 il
- WhatsApp düyməsi və əlaqə formu
- Mobil uyğunluq və SSL
- Hazır olma müddəti: 5 iş günü
Ödəniş birdəfəlikdir. İkinci ildən yalnız domen və hostinqin yenilənməsi ödənilir.
Fəaliyyətə yeni başlayan və ya ilk saytını açan bizneslər üçün.
299 AZN
Ən çox seçilən
Xidmətləri çox olan klinika, salon, tikinti və tədris mərkəzləri üçün.
499 AZN
Onlayn satış edən mağazalar və xüsusi funksiya istəyən layihələr üçün.
899 AZN-dən
Əlavə ödəniş tələb edən gizli xidmət yoxdur. Paketdə yazılan hər şey qiymətə daxildir.
Bir il ödənişsiz. .az və ya .com ünvanı sizin adınıza qeydiyyatdan keçir.
Müştərilərinizin çoxu saytı telefondan açır. Hər səhifə mobil üçün ayrıca yoxlanılır.
Əsas SEO ayarları, Google Xəritə və Search Console qoşulması.
Müştəri bir toxunuşla sizə yazır və ya zəng edir.
Ünvan sətirində qıfıl nişanı, məlumatlar qorunan bağlantı ilə ötürülür.
Mətn, şəkil, qiymət və məhsulları özünüz dəyişirsiniz. Necə edildiyini göstəririk.
Müştəri məhsul və ya xidmətin pulunu kartla saytda ödəyir. Bu banklarla inteqrasiya edirik:
Cavabını tapmadığınız sualı WhatsApp-da yazın, iş saatlarında 15 dəqiqə ərzində cavab veririk.
Saytın quruluşu hazır ola bilər, amma rənglər, loqo, şəkillər, mətnlər və bölmələr sizin brendinizə görə dəyişdirilir. Nəticədə sayt sizə məxsus görünür.
Biznes və E-ticarət paketlərində idarəetmə paneli var: xidmət, qiymət, şəkil və məhsulları özünüz əlavə edirsiniz. Start paketində dəyişikliyi bizə yazırsınız, biz edirik.
Bəli. Mövcud domeninizi yeni sayta qoşuruq, bu xidmət qiymətə daxildir.
Kapital Bank, Epoint, Beynəlxalq Bank və Leobank ödəniş sistemlərini qoşuruq. Bankla müqaviləni siz bağlayırsınız, texniki inteqrasiyanı biz edirik.
50% iş başlayanda, qalan 50% sayt yayıma çıxmazdan əvvəl. Nağd, kart və ya şirkət hesabına köçürmə ilə ödəmək olar.
İlk ay kiçik düzəlişlər ödənişsizdir. Sonra aylıq dəstək paketi seçə və ya ehtiyac olduqca ayrıca sifariş edə bilərsiniz.
Biznesinizin adı ilə hazırlanmış nümunə səhifəni görün, sonra qərar verin. Bu, ödənişsizdir və sizi heç nəyə məcbur etmir.